Vaşinqton administrasiyası HƏMAS hərəkatının Qəzza zolağında atəşkəslə bağlı təkliflərə cavabını qəbul edib və qiymətləndirir.
Azadmedia.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə deyib.
Belə ki, "HƏMAS-ın Qətər və Misirə çatdırdığı bu cavabı aldıq. Biz indi bunu qiymətləndiririk", - deyə Kirbi bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.