Dekabrın 30-da yerli vaxtla saat 06:37-də Gimpo Beynəlxalq Hava Limanından (Gimpo) Cecu istiqamətində uçan Jeju Air təyyarəsində eniş şassəsində problem aşkarlanıb. Aviaşirkət nasazlıq barədə 161 sərnişinə məlumat verib və reysi saat 07:25-də Gimpo hava limanına qaytarıb.
Sərnişinlər eyni model Boeing B737-800-ün başqa təyyarəsinə aparılıb. Lakin 21 sərnişin təhlükəsizlik baxımından təyyarəyə oturmamaq qərarına gəlib.
Jeju Air-dən verilən məlumata görə, təyyarənin komandiri eniş aparatında problem olduğuna dair siqnal aşkar etdikdən sonra idarəetmə mərkəzi ilə əlaqə saxlayıb.
Bildirilir ki, əlavə yoxlamalardan sonra şassinin işinin düzgün olduğu təsdiqlənib, lakin kapitan yoxlama üçün hava limanına qayıtmaq qərarına gəlib.
Təyyarənin bir gün əvvəl qəzaya uğrayan təyyarə ilə eyni model olduğu üzə çıxıb.
Xatırladırıq ki, bazar günü Cənubi Koreyada baş verən təyyarə qəzası nəticəsində 179 nəfər həlak olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.