AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycan Dəmir Yolları"nda Müqaviləsiz işçi QALMAQALI‼️ - Department rəhbəri məhkəməyə verildi

  • + A
  • - A
  • Dünən, 09:31

    "Azərbaycan Dəmir Yolları"nda Müqaviləsiz işçi QALMAQALI‼️ - Department rəhbəri məhkəməyə verildi

    "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) insan resursları departamentinin rəhbəri Ceyhun Nağıyev inzibati məsuliyyətə cəlb edilib.

    32gun.az-ın əldə etdiyi xəbərə görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi onu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cərimələyib.

    Bu maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

    Ceyhun Nağıyevə konkret olaraq hansı məbləğdə cərimə yazıldığı bəlli deyil. Bəlli olan odur ki, departament rəhbəri dövlət qurumunun qərarında məhkəməyə şikayət verib.

    Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

    Elməddin Hüseyn iş üzrə hakim təyin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR