AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tibet güclü zəlzələnin nəticələrini hiss etməkdə davam edir

  • + A
  • - A
  • Dünən, 22:06

    Tibet güclü zəlzələnin nəticələrini hiss etməkdə davam edir

    Tibet güclü zəlzələnin nəticələrini hiss etməkdə davam edir. Bu barədə Çinin “Sinxua” agentliyi yerli seysmoloji mərkəzə istinadən məlumat yayıb.
    Çinin cənub-qərbində zəlzələlərin sayı artmaqdadır və artıq altı yüzü ötüb. Ekspertlərin hesablamalarına görə, əsas zəlzələdən bir neçə saat sonra tibetlilər daha 646 yeraltı təkan hiss ediblər. Aydın olduğu kimi, onlardan dördü 4-4,9 bal aralığında olub. 28 afterşokun maqnitudası 3,0-3,9 bal arasında dəyişib.
    Azadmedia.az xatırladır ki, çərşənbə axşamı, yanvarın 7-də Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Şiqadzedən 163 kilometr cənub-qərbdə, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib. Son məlumatlara görə, 126 nəfər təbii fəlakətin qurbanı olub, daha 188 nəfər zərər çəkib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR