Xəbər verdiyimiz kimi, Bakıda beton qarışdıran maşının pompasının aşması nəticəsində 31 yaşlı fəhlə Tahir Abdullayev həyatını itirib.
Ajans.az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi avtomobil “SPARK” MMC-yə məxsus olub.
Şirkətin əməkdaşları mərhumun dəfn mərasimində iştirak edib və bütün xərcləri öz üzərlərinə götürdüklərini bildiriblər. Hadisənin səbəbləri və təhlükəsizlik qaydalarının nəyə görə pozulduğu ilə bağlı şirkətə ünvanladığımız suallar cavabsız qalıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.