AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaqatala rayonunda 3 il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb

  • + A
  • - A
  • Bu gün, 17:02

    Zaqatala rayonunda 3 il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb

    2025-ci il fevralın 9-da Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci il mayın 12-də itkin düşmüş Hindistan Respublikası vətəndaşı, 28 avqust 1993-cü il təvəllüdlü Kondaveti Maniqantanın meyitinin qalıqları tapılıb. Meyit Zaqatala rayonu, Şamilov massivində aşkar edilib. Onun əl yükü, bank kartları, mobil telefon və digər şəxsi əşyaları da tapılıb.

    Qalıqlar və digər əşyalar müvafiq ekspertizaların keçirilməsi üçün Zaqatala Rayon Prokurorluğuna təhvil verilib.

    Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR