AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda daha bir nəfər spirtli içkidən öldü

  • + A
  • - A
  • Bu gün, 11:47

    Bakıda daha bir nəfər spirtli içkidən öldü

    Bakıda daha bir nəfər qəbul etdiyi spirtli içkidən zəhərlənərək ölüb.

    Fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib.

    Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil.

    Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

    Qeyd edək ki, son günlərdə paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonunda 20-yə yaxın şəxs texniki spirtdən zəhərlənərək ölüb. Səbaildə vəfat edən şəxsin də həmin spirtdən qəbul edib-etmədiyi hələlik müəyyənləşməyib.(Qafqazinfo)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR