AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağsuda selin ekskavatoru aparması nəticəsində sahə rəisi ölüb

  • + A
  • - A
  • 16-04-2025, 15:41

    Ağsuda selin ekskavatoru aparması nəticəsində sahə rəisi ölüb

    Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər - 1982-ci il təvəllüdlü Qazax rayon sakini  Bəxtiyar Abdullayev, Gədəbəy rayon sakini  Bəxtiyar Qasımov (1988) və Cəbrayıl rayon sakini Elnur Salahov (1992) xəsarət alıb.

    Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

    Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR