AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda sürücü özünə od vurdu - DYP-dən faktla bağlı açıqlama

  • + A
  • - A
  • 17-12-2018, 11:59

    Bakıda sürücü özünə od vurdu - DYP-dən faktla bağlı açıqlama















    Dünən saat 16:40 radələrində paytaxtın Nəsimi rayonunun Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində istismarı mümkün olmayan "QAZ-31” markalı, 10-NR-899 dövlət nömrə nişanlı avtomobil yük daşıma qaydasını pozduğu üçün, üstündə 12 metr uzunluğa malik tikinti materialı – armatur daşıdığı üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

    Mia.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a məlumatı təsdiqləyib.

    O bildirib ki, avtomobil daşıdığı yüklə yol boyu digər hərəkət iştirakçılarına maneə yaradıb: "Sürücü, Zəngilan rayon sakini, Bakıxanov qəsəbəsində qeydiyyatda olan 53 yaşlı Məhərrəmov Kamil Atlıxan oğlu saxlanılarkən yol polisləri tərəfindən ona müvafiq sənədin təqdim edilməsi, eyni zamanda spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsi təklif edilib. Lakin sürücü sənəd təqdim etməyib və spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsindən imtina etməklə polisə 50 manat pul təklif edib.

    İnspektorun prinsipiallığını görən sürücü avtomobilin baqajında plastmas qabdakı yanacağın benzin olduğunu bildirərək, kirbit çıxarmaqla özünü yandıracağını deyib. O, özünü yandıranda polis əməkdaşları bunun qarşısını alıblar. Sürücünün əynində yanan paltarlar çıxarılıb və Respublika Yanıq Mərkəzinə çatdırılıb. Mərkəzdən bildirilib ki, onun boynunda və sağ əlinin dərisinin yanığı qeydə alınıb. Hadisə zamanı yol polisi əməkdaşı da yanıq xəsarəti alıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR