Yol polisi "hacı pivəsi" içən sürücünü "sərxoş" tutdu - Bakıda şok olay
Bakıda yol polisi tarixi hadisəyə imza atıb
Bakının rayonlarından birinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir sürücünü saxlayaraq sərxoşluq müayinəsi keçiriblər. Sürücü isə bildirib ki, bir butulka alkoqolsuz pivə (hacı pivəsi) içib. Yol polisi təklif edib ki, sürücü bu barədə protokolda yazsın. Sürücü də bir cümlə yazıb ki, "bir butulka pivə içmişəm". Yol polisi elə bu cümləyə əsaslanaraq həmin sürücünü sərxoş sürücü kimi qeydə alıb və avtomobili cərimə meydançasına aparıblar. Hazırda sürücü bu məsələdən çaş-baş qalıb və alkoqolsuz pivə ilə sərxoş olmağın necə mümkün ola bildiyini düşünür.
Sürücü bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. (avtosfer.az)