AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məhkəmədən Nərmin Şahmarzadə ilə bağlı qərar

  • + A
  • - A
  • 26-12-2018, 10:01

    Məhkəmədən Nərmin Şahmarzadə ilə bağlı qərar















    Bu gün Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəmə hazırlıq iclası baş tutub.

    İdmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib.

    Vəkil məhkəmədən Şahmarzadəni 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub.

    Məhkəmə müşavirədən sonra qərar verib. Hakim iddianı təmin etməyib və işə xitam verib.

    Buna səbəb isə iddiaçı tərəfin bəzi sənədlərinin qaydasında olmaması göstərilib.

    Vəkil Ramil Rüstəmov sənədlərə düzəliş edəndən sonra yenidən məhkəməyə müraciət edəcəklərini deyib.

    Araz Musayev AZXEBER.COM-a açıqlamasında deyib ki, sənədlərdə texniki problem olub və bunu aradan qaldırırlar: “Bizim vaxtımız az olduğuna görə bəzi sənədlərdə problem yaranmışdı, yəni məhkəmə iddiamızı rədd etdi demək düzgün deyil, biz sənədləri düzəldib, yenidən məhkəməyə müraciət edəcəyik. Hazırda sənədləri düzəldib, məhkəməyə gedirəm.

    Qeyd edək ki. idmançı psixoloq Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR