Ali Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi
Bu gün Ali Məhkəmədə bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
"Report xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti qismən təmin edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən həmin məhkəməyə qaytarılıb.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayəti təmin edilməyib.