AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İki orqanda törəmə aşkarlandı, əməliyyat edildi

  • + A
  • - A
  • Bu gün, 09:42

    İki orqanda törəmə aşkarlandı, əməliyyat edildi

    14.07.2025-ci il tarixində 53 yaşlı şəxs (kişi cinsli) ürəkbulanma, qanqusma şikayəti ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Xəstə üzərində zəruri müayinələr aparılıb və təcili cərrahi əməliyyata göstəriş olub.

    Pasiyentdə aparılan müayinələr zamanı onikibarmaq bağırsağa invaziya edən qanayan törəmə, qaraciyərin beşinci seqmentində təxminən 5x4 sm ölçülü və kolonun qaraciyər fleksurasında yerləşən, qaraciyərin V seqmentinə invaziya edən törəmə həmçinin treitz bağından 60 sm məsafədə əlavə törəmə aşkarlanıb.

    Xəstəyə sitoreduktiv məqsədlə bir neçə kombinə olunmuş əməliyyat, Whipple proseduru (pankreatoduodenal rezeksiyası), seqmentektomiya (qaraciyərin bir seqmentinin çıxarılması), sağ hemikolektomiya (yoğun bağırsağın bir hissəsinin çıxarılması), nazik bağırsağın seqmentar rezeksiyası (nazik bağırsağın bir hissəsinin çıxarılması) və xolesistektomiya (öd kisəsinin çıxarılması) icra edilib.

    KTM-in Ümumi cərrahiyyə şöbəsinin müdiri, həkim ümumi cərrah Nazim Həsənov, həkim cərrah Leyla Allahverdiyeva və həkim-rezident Ağanur Cavadovun iştirakı ilə baş tutan əməliyyat uğurla yekunlaşıb.

    Hal-hazırda xəstənin vəziyyəti kafidir, müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR