AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda masaj salonu adı ilə əxlaqsızlıq yuvaları təşkil edən qadın saxlanıldı

  • + A
  • - A
  • 14-01-2019, 11:54

    Bakıda masaj salonu adı ilə əxlaqsızlıq yuvaları təşkil edən qadın saxlanıldı
















    Paytaxtda bir neçə obyektin əxlaqsızlıq yuvası kimi fəaiyyət göstərdiyi məlum olub.
    Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova ötən ilin dekabr ayında Prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs olunub. Araşdırmalar nəticəsində Güləndam Murtuzovanın işində yeni hallar üzə çıxıb.Belə ki,Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlunun rəhbərlik etdiyi məlum olub. Həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.Mehman və Baxşəlinin Paytaxtın Nəsimi rayonu ərazisində
    “Jasmin”,”Şarden”,”Səma”,”Play”,”Dalğa” və Nərimanov rayonunda “Atilla”,”Diana”,”Venus” adlı obyektlərdə əxlaqsız yuvaları təşkil etmələri məlum olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR