AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB-in əməkdaşının bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi açılıb -YENİLƏNİB

  • + A
  • - A
  • Bu gün, 11:49

    TƏBİB-in əməkdaşının bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi açılıb -YENİLƏNİB

    Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi açılıb.

    Bu barədə Şirvan şəhər prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, aparılmış araşdırma zamanı 1988-ci il Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.

    Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

    İbtidai istintaq davam etdirilir.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR