AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FHN: 13 gün ərzində valideyn məsuliyyətsizliyi nəticəsində köməksiz qalan 22 uşaq xilas edilib

  • + A
  • - A
  • Bu gün, 10:25

    FHN: 13 gün ərzində valideyn məsuliyyətsizliyi nəticəsində köməksiz qalan 22 uşaq xilas edilib

    Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, təəssüflə qeyd olunmalıdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi valideynlərin məsuliyyətsizliyi və laqeydliyi səbəbindən azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması halları qeydə alınır:

    "Belə hallarla bağlı daxil olan məlumatlar əsasında Nazirliyin xilasetmə qüvvələri tərəfindən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir.

    Belə ki, yalnız noyabrın ötən 13 günü ərzində Nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 22 uşaq xilas edilib.

    Aparılan təhlillər bu kimi halların əsasən uşaqların nəzarətsiz qoyulması, o cümlədən əksər hallarda mənzildə və digər məkanlarda tək olması nəticəsində yaşandığını göstərir.

    Qeyd olunanlarla bağlı, mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR