AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı

  • + A
  • - A
  • 20-12-2025, 18:00

    Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı

    Nəsimidə silsilə oğurluq hadisələri qeydə alınıb.

    Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, rayon ərazisində yerləşən mağazaların birindən 337 manat oğurlanması barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V. Salmanov və A. Xələfov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, A. Xələfov digər tanışları V. Nəsirov və S. Hüseynovla da əlbir olaraq daha bir mağaza və kafedən oğurluqlar edib. Nəticədə həmin şəxslər zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurublar. Digər iki şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR