AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şagird İdrak liseyində müəllimini güllələdi

  • + A
  • - A
  • 6-02-2026, 10:57

    Şagird İdrak liseyində müəllimini güllələdi

    06 fevral 2026, Bakı – Bu gün səhər saatlarında Bakı şəhərinin Binəqədi rayonunda yerləşən İdrak Liseyində silahlı insident baş verib. Təhsil müəssisəsində 10-cu sinif şagirdi müəllimi atəş açaraq yaralayıb. Hadisə zamanı müəllimin vəziyyəti ağır qiymətləndirilir və o, xəstəxanaya çatdırılıb.
    Azadmedia.az News.az-a istinadla xəbər verir ki, şagird məktəbə atasına məxsus ov tüfəngi ilə gəlib, onu çantasında gizlətdiyi zaman müəllimə atəş açıb. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları şagirdi saxlayıblar və silah götürülübdür. Araşdırma davam edir.
    Hadisə ilə bağlı rəsmi qurumlar hələ əlavə açıqlama verməyib. Valideynlərə və digər şagirdlərə dəstək xidmətləri göstərildiyi bildirilir. Hazırda məktəbdə vəziyyət sakitləşib, lakin ictimaiyyət arasında ciddi narahatlıq yaranıb.
    Bu cür hadisələr məktəb təhlükəsizliyi məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olur və həm təhsil ictimaiyyəti, həm də valideynlər arasında geniş müzakirə olunur.
    **Allah əzizlərimizi qorusun!**


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR