Hondurasda “Olimpiya” – “Motaqua”matçından öncə xoşagəlməz hallar yaşanıb. “Qafqazinfo” xəbər verir ki, “Olimpiya” klubunun azarkeşləri qarşılaşmadan öncə daşlarla rəqib komandanın avtobusuna hücum ediblər.
Nəticədə “Motaqua”nın 3 futbolçusu ağır yaralanıb. Bu səbəbdən qarşılaşma təxirə salınıb. Lakin stadiona toplaşan azarkeşlər matçın oynanılmamasına baxmayaraq bir-birlərinə hücumlara davam ediblər. Nəticədə 4 nəfər həyatını itirib. 10 nəfər isə ağır yaralanıb.
Polis gözyaşardıcı qazlarla aranı sakitləşdirə bildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.