Azərbaycanda yol polisinin rüşvət alması ilə bağlı növbəti vidoegörüntü yayılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdən bəlli olur ki, Şirvanda yol polisi sürücünü saxlayır və pul istəyir. O isə deyir ki, şirkətin sahibi rəisə “hörmət” edəcək.
Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az–a açıqlama verib.
O bildirib ki, yayılan videogörüntü araşdırılıb:
“Araşdırma zamanı məlum olub ki, həmin əməkdaş 2018-ci il mayın 14-də işində yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Həmin il o vəfat edib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.