AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistanın Quru Qoşunları komandanına Azərbaycanın hərbi medalı təqdim edilib

  • + A
  • - A
  • Bu gün, 18:52

    Pakistanın Quru Qoşunları komandanına Azərbaycanın hərbi medalı təqdim edilib

    Müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanla Pakistan Müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.

    Görüşün sonunda general-polkovnik K.Vəliyev feldmarşal Asim Muniri və Pakistan Ordusunun şəxsi heyətini "Müstəqillik günü" və "Haqqın qələbəsi" əməliyyatında əldə edilmiş uğur münasibəti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.

    Sonra feldmarşal Asim Munirə Azərbaycan Müdafiə nazirinin əmri ilə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı təqdim olunub.

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi paradda iştirak edəcək.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR