AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ələt-Astara magistralındakı qəzada yaralananların adları bəlli oldu

  • + A
  • - A
  • 3-02-2020, 08:26

    Ələt-Astara magistralındakı qəzada yaralananların adları bəlli oldu


    Salyanda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.
    Report xəbər verir ki, axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayonun Qırxçıraq kəndi ərazisində baş verən qəza nəticəsində Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseynova Saray Ocaq qızı və Salyanın Kürsəngi kənd sakini, 1988-ci il təvəllüdlü Abışov Natiq Əliman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

    Onların hər ikisinə ilk tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR