AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Salyanda ağır yol qəzası: Ölən və xəsarət alanlar var

  • + A
  • - A
  • 8-07-2019, 09:32

    Salyanda ağır yol qəzası: Ölən və xəsarət alanlar var

    Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “Prado” markalı minik avtomobili hərəkətdə olarkən anidən təkəri partlayıb. Nəticədə, sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq mühafizə səddinə çırpılıb.

    Qəza nəticəsində Bakı şəhər sakinləri, 1987-ci il təvəllüdlü Tahirova Kəmalə Rafael qızı, onun 1 yaşlı oğlu, həyat yoldaşı, 1981-ci il təvəllüdlü İmanov Heybət Rahim oğlu və 1990-cı iI ltəvəllüdlü Tahirli Cavid Rafael oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib. Həkimlərin səyinə baxmayaraq Cavid Tahirli xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR