Azərbaycanda həkim xəstələrdən analiz üçün pul tələb edib.
Bu barədə videogörüntü Oxu.Az-ın redaksiyasına daxil olub.
Görüntülər Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qeydə alınıb.
Videoda Leyla Məmmədova adlı həkimin xəstədən analiz üçün 20 manat tələb etməsi əks olunub.
Saytımızın əməkdaşı məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərib.
TƏBİB-dən bildirilib ki, video ilə bağlı Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində araşdırma aparılıb:
“Mərkəzin direktoru Yusif Əliyevin imzaladığı əmrlə Məmmədova Leyla Cabir qızı vəzifəsindən azad edilib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.