AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xızı sakini narkotiklə tutuldu

  • + A
  • - A
  • 4-02-2021, 10:28


    Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Şorabad qəsəbə sakini A.Sadıqov qəsəbə ərazisində saxlanılıb.

    Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı A.Sadıqovdan sellofan torbada təmiz çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

    Dindirilmə zamanı A.Sadıqov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

    Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR