AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə taxıl sahəsi yandı

  • + A
  • - A
  • 21-06-2021, 19:00


    Şəkidə taxıl sahəsi yanıb.

    “Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Oraban kənd ərazisində baş verib.

    Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

    Yanğın nəticəsində kənd sakinlərinə məxsus dörd hektar biçilməmiş taxıl, üç hektar biçilmiş taxıl sahəsi, 0,5 hektar ərazidə quru ot-kol və üç ədəd qovaq ağacı yanıb.

    Yanğının genişlənərək, ətraf sahələrə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR