AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmirdə qətl hadisəsi baş verib

  • + A
  • - A
  • 23-06-2021, 11:08


    Kürdəmir rayon prokurorluğundan Azadmedia.az-a verilən xəbərə görə iyunun 22-i Ruslan Əsədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılmış ilkin araşdırmalarla Ramazan Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
    Ramazan Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR