Goranboyda iki azyaşlı bacı dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə Qazanbulaq qəsəbəsində baş verib. Belə ki, 2010-cu il təvəllüdlü Aişə Xudaquliyeva və bacısı 2012-ci il təvəllüdlü Şamama Xuduquliyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki azyaşlı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.