Paytaxtın Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini Raul Şərifov tutulub. Onun üzərindən ümumilikdə 50 qrama yaxın heroin və metamfetamin aşkar olunub. Polis İdarəsində aparılan əlavə araşdırmalar zamanı Raul Şərifova narkotik vasitələri satan tanışı Bakı şəhər sakini Rəşad Ələkbərov da keçirilən əməliyyat zamanı saxlanılıb. Həmin şəxsin üzərindən və yaşadığı evdən 3 kiloqrama yaxın heroin və 500 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. Rəşad Ələkbərov ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Saxlanılan şəxslər barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.