AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 27-06-2022, 10:46

    Sutka ərzində baş verən cinayət və hadisələr

    İyunun 26-da saat 22 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Xaçmaz rayon sakini Rəşad Zəkiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada ölüb.
    Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    İyunun 25-də saat 22 radələrində Salyan rayonunun Yolüstü kəndi ərazisində Ə.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Fəxrəddin Cavadovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
    DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    İyunun 26-da saat 2 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Orxan Ələkbərovun idarə etdiyi “VAZ-2106” və S.Xəlilovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə O.Ələkbərov, sərnişinləri Rüstəm Musazadə və Həsən Cavadov hadisə yerində ölüb, S.Xəlilov xəstəxanaya yerləşdirilib.
    Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    İyunun 26-da saat 2 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Hasilov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Zaur Ağayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    İyunun 25-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Tanırverdiyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Tərlan Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    İyunun 26-da saat 3 radələrində Sabirabad rayonunun Çiçəkli kəndi ərazisində kənd sakini Ş.Xankişiyevin idarə etdiyi “Nissan” markalı avtomobillə həmkəndlisi V.Məmmədovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə Ş.Xankişiyevin sərnişini Elsevər Quliyev hadisə yerində ölüb, özü, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.
    Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyunun 25-də saat 18 radələrində Daşkəsən rayonunun Quşçu Körpü kəndi ərazisində R.Alıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini Vüsal Rüstəmov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
    Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyunun 25-də saat 1 radələrində Göygöl rayonunun Zurnabad kəndi ərazisində Asif Bayramov idarə etdiyi “TOFAŞ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
    Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyunun 25-də saat 17 radələrində Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində kənd sakini U.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən həmkəndlisi Ayxan Əkbərovu vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.
    Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR