AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həftə sonu baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 9-05-2022, 11:29

    Həftə sonu baş verən cinayət və hadisələr

    2022-ci il mayın 7-də və 8-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 113 cinayətin üstü “isti izlər”lə açılmışdır.
    - Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunmuşdur.
    - Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
    - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər isə xəsarət almışdır.
    - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilmişdir.
    - Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılmışdır.
    [09.05 10:59] Natiq DİN: Mayın 8-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini R.Məmmədov idarə etdiyi “Khazar” markalı avtomobili yolun kənarındakı maneəyə vurmuşdur. Nəticədə avtomobildə olan sərnişin Elxan Səmədov hadisə yerində ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilmişdir.
    Sumqayıt ŞPİ-də araşdırma aparılır.

    ***
    Mayın 7-də saat 19 radələrində Ucar şəhəri ərazisində Elçin Mahvalıyev idarə etdiyi “Khazar” markalı avtomobili yolun kənarına aşırmış və nəticədə hadisə yerində ölmüşdür.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    Mayın 6-da saat 17 radələrində Laçın rayonunun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırmış və nəticədə hadisə yerində ölmüşdür
    Laçın RPŞ-də araşdırma aparılır.

    ***
    Mayın 7-də saat 22 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini S.Qasımovanın avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə 6-cı Polis Bölməsinə məlumat daxil olmuşdur.
    Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini Elçin Süleymanov avtomobillə birgə saxlanılmışdır.
    Araşdırma aparılır.
    **

    Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aprelin 28-də Bakı şəhər sakini Y.Xələfovun idarə etdiyi “Volkswagen” markalı avtomobilin müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəsarət almış avtomobildə olan qızına xəstəxanada ilkin tibbi yardım göstərilməsi barədə məlumat daxil olmuşdur.
    Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Fədakar Mürşüdov saxlanılmışdır.
    Araşdırma aparılır.

    **
    Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın öldürülməsi, anası İ.Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olmuşdur.
    Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    T.Həsənov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmişdir.
    Araşdırma aparılır.
    **

    Xızı Rayon Polis Şöbəsinə mayın 7-də saat 23 radələrində Sitalçay kəndi ərazisində “Opel” markalı bir avtomobilin sürücüsü və sərnişininin Quba rayon sakini Ə.Cəlilzadəni bıçaqla hədələyərək 290 manat pulunu almaları barədə müraciət daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gədəbəy rayon sakini Vəzir İsmayılov və sərnişini, Oğuz rayon sakini Anar Salahov müəyyən edilərək saxlanılmışlar.
    Araşdırma aparılır.
    **

    Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Dərnəgül qəsəbəsi ərazisindəki mağazalardan birinin anbarından 2500 manat dəyərində elektrik naqilinin oğurlanması barədə müraciət daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Pərvin İsmayılov müəyyən edilərək saxlanılmışdır.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR