AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncə polisi 22 il əvvəl baş vermiş cinayətin üstünü açıb

  • + A
  • - A
  • 16-08-2022, 12:37

    Gəncə polisi 22 il əvvəl baş vermiş cinayətin üstünü açıb

    Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmış cinayətin üstü peşəkarlıqla açılıb.
    DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
    qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovun Azadmedia az-a verdiyi məlumata görə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci fevral ayında Gəncə şəhər sakini Solmaz Yolçuyevaya məxsus evə quldurluq məqsədi ilə daxil olaraq xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ev sahibini öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb. Onun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlub olub ki, saxlanılan şəxs vəfat etmiş Xəyal Səfərov və Arzu Hacıyevlə birlikdə törətdikləri məlum olub. Dindirilmə zamanı E. Məmmədov qətlə yetirilən şəxsin evində 30.000 ABŞ dolları olması barədə məlumat əldə ediklərini cinayəti törətdikdən sonra isə evədən cəmi 220 ABŞ dolları və bir qızıl üzük aparmalarını etiraf edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR