AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəlinini qətlə yetirən kişi öz arvadını da BIÇAQLAYIBMIŞ

  • + A
  • - A
  • 23-08-2022, 10:14

    Gəlinini qətlə yetirən kişi öz arvadını da BIÇAQLAYIBMIŞ


    Ötən gün Daşkəsən rayonunda gəlinini qətlə yetirən 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin digər cinayət əməlləri də üzə çıxıb.

    "Unikal"ın əldə etdiyi məlumata görə, Bayan kənd sakini olan M.Mirzəyev bir neçə il öncə öz evində həyat yoldaşı Gülöyşə Mustafayevanı bıçaqlayıb, oğlunu isə ölümcül döyüb. Buna baxmayaraq, G.Mustafayeva xəstəxanada müalicə olunaraq sağalıb və onlar birlikdə yaşamağa davam ediblər.


    Məhəmmədəli Mirzəyev isə bu əməlinə görə bir müddət məhkumluq həyatı yaşayıb. Onun həmçinin psixi problemlərinin olduğu bildirilir.

    Qeyd edək ki, M.Mirzəyev ötən gün Bayan kəndindəki evində gəlini 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanı əmlak bölgüsünə görə yaranan münaqişə zəmnində qətlə yetirib. Həmin zaman cinayətkarın həyat yoldaşı və oğlu da evdə olub. O, cinayəti törətmək üçün həyat yoldaşını bazara göndərib. Oğlunu (Nəzakət Həsənovanın həyat yoldaşı) isə kənd ərazisində gəzintiyə çıxmağa məcbur edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR