Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azadmedia.az-a verilən məlumata görə, rayonun Ləkiçıplaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixanada narkotik tərkibli bitkilərin becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və keçirilmiş tədbirlər nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxsin Adəm Beydullayev olduğu müəyyən edilib.O, şübhəli şəxs qismində saxlanılıb və evinin həyətindəki istixanadan xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 75 kiloqram olan 13 ədəd çətənə kolu və 1 kiloqram 500 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Keçirilən digər əməliyyat nəticəsində isə rayon sakini, əvvəllər məhkum olunmuş Cavad Qasımov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan heroin və qurudulmuş marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.