AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabiq deputat Rəfael Cəbrayılovun qardaşının azadlığa biraxılmasına Rəsmi cavab

  • + A
  • - A
  • 31-08-2022, 12:18

    Sabiq deputat Rəfael Cəbrayılovun qardaşının azadlığa biraxılmasına Rəsmi cavab

    Baş Prokurorluq Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı informasiyalarla bağlı dəqiqləşdirmə gətirdi.
    Bəzi media səhifələrində Milli Məclisin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq deputatı Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı informasiyalar yayılıb.
    Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    23.07.2022-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib.
    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR