AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həftə sonu baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 26-12-2022, 10:44

    Həftə sonu baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - Dekabrın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
    - Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

    ❗Yol-nəqliyyat hadisələri

    Dekabrın 24-də saat 7 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Abşeron rayon sakini H.Baxşəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən qəsəbə sakini M.Hümbətovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
    ***

    Dekabrın 24-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini C.Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən T.Əliyevanı və nəvəsi Tunarı vurub. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, Tunar orada ölüb.
    Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
    ***

    Dekabrın 25-də saat 8 radələrində Xızı rayonunun Məşədihəsən kəndi ərazisində Quba rayon sakini Ş.Qafarov idarə etdiyi “Ford Transit” markalı avtomobili beton maneəyə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
    Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.
    ***

    Dekabrın 25-də saat 16 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində Bakı şəhər sakinləri S.Hacıyevin idarə etdiyi “Honda” və Q.İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Q.İsmayılov və “Honda” markalı avtomobildə olan sərnişin, Laçın rayon sakini N.Nağıyev orada ölüblər.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
    ***

    Dekabrın 25-də saat 19 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yolu keçən rayon sakini A.Vəlibəyov müəyyən edilməyən avtomobillə vurulub və hadisə yerində ölüb.
    Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
    ***

    Dekabrın 25-də saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində rayon sakini V.İbadova idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarı ilə gedən rayon sakini A.Quliyevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
    Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
    ***

    Dekabrın 25-də saat 22 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Balakən rayon sakini R.Qınçıyev idarə etdiyi “Ford-tranzit” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə “Ford-tranzit” markalı avtomobildə olan sərnişin E.Kərimov xəstəxanaya yerləşdirilib və orada ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, bugün gecə saatlarında Qəbələ rayonunun Laza kəndi ərazisində Mehran Həsənovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR