AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 12-12-2022, 11:37

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - Dekabrın 10-da və 11-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.
    - Narkotiklərlə əlaqəli 36 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

    ❗Yol-nəqliyyat hadisələri

    Dekabrın 10-da saat 18 radələrində Yevlax rayonunun Hürüuşağı kəndi ərazisində Mingəçevir şəhər sakini Z.Əliyevin idarə etdiyi “Opel” və Bakı şəhər sakini C.Həşimovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Z.Əliyevin orada ölüb.
    Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    Dekabrın 11-də saat 13 radələrində Goranboy rayonunun Səfikürd kəndi ərazisində rayon sakini İ.Zeynalovun idarə etdiyi “Geely” və Samux rayon sakini D.Məmmədovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21099” markalı avtomobildə olan sərnişin P.Rəhimli hadisə yerində ölüb.
    Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    Dekabrın 11-də saat 19 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Novxanı qəsəbə sakini İ.Pirverdiyevin idarə etdiyi “VAZ-2107” və Zəngilan rayon sakini İ.Cavadovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan İ.Cavadov xəstəxanaya aparılarkən ölüb.
    Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    Dekabrın 11-də saat 20 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində rayon sakini B.Əsgərzadə idarə etdiyi “VAZ-21154” markalı avtomobili qarşıda gedən Göygöl rayon sakini A.Abbasovun idarə etdiyi “KamAZ” markalı yarımqoşqulu yük avtomobilinə vurub. Nəticədə “VAZ-21154” markalı avtomobildə olan sərnişin, Şirvan şəhər sakini A.Abuzərli hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    Dekabrın 12-də saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Biləsuvar rayon sakini Z.Mustafayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini M.Tarverdiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.
    Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    ❗Oğurluq

    Dekabrın 9-da metro stansiyalarının birinin keçidində Xaçmaz rayon sakini olan qadının içərisində pulu, qızıl boyunbağısı və bank kartı olan cüzdanının qeydi-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
    Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Tərtər rayon sakini Elməddin Şirəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

    ❗Oğurluq

    Paytaxtın Yasamal rayonu ərazisində ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan iki qadının mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumatlar daxil olub.
    Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


    ❗Soyğunçuluq

    Binəqədi rayonu ərazisində Xaçmaz rayon sakini O.Qəhrəmanovun 497 manatının açıq talama yolu ilə alınması barədə polisə məlumat daxil olub.
    Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini Rəhman Muradov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

    ❗Oğurluq

    Nəsimi rayonu ərazisində Bakı şəhər sakini N.Namazova məxsus mopedin oğurlanması barədə polisə məlumat daxil olub.
    Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Maksimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR