AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FİFA Qətərdən rüşvət almaqda ittiham olunur

  • + A
  • - A
  • 11-03-2019, 11:43

    FİFA Qətərdən rüşvət almaqda ittiham olunur















    Britaniyanın “The Times” qəzeti öz səhifələrində Qətərlə FİFA arasında baş tutan razılaşmaları əks etdirən sənədləri dərc edib.

    ONA-nın “Lenta.ru”ya istinadən yaydığı xəbərə görə, razılaşmaların ümumi dəyəri 880 milyon dollar dəyərindədir və bunun rüşvət xarakterli olması ehtimalı var.

    “DÇ-2022″nin ev sahibliyinin müəyyənləşdiyi səsvermədən 3 həftə öncə “Əl-Cəzirə” telekanalı FİFA ilə $400 mln dəyərində müqavilə imzalayıb.

    Müqaviləyə görə, Qətər səsvermədə qalib gələcəyi təqdirdə, FİFA-ya daha $100 mln ödəniləcəkmiş.

    Daha $480 mln dəyərində müqavilə isə Qətər şeyxinə məxsus “beİN” şirkəti ilə imzalanıb.

    Qeyd edək ki, 3 il bundan qabaq FİFA-da korrupsiya faktlarına dair aparılan istintaq heç bir nəticə verməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR