Ramil Quliyev ilin idmançısı seçildi
65-ci “Gilette Milliyət İlin Ən yaxşı İdmançıları” mükafatlarının sahibləri açıqlanıb
“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, 2018-ci il üzrə qaliblərin açıqlandığı mərasimdə Azərbaycan əsilli atlet Ramil Quliyev ilin ən yaxşı idmançısı adına layiq görülüb.
Ona mükafatı Gənclik və idman naziri Mehmed Məhərrəm Kasapoğlu təqdim edib.
Bundan başqa, “Roma”da çıxış edən Cəngiz Ündər ilin futbolçusu, “Vakıfbank” qadın voleybolçuları ilin komandası, Zeliko Obradoviç (“Fənərbağça”) isə ilin məşqçisi seçilib.