Hazard ilin futbolçusu seçildi
Belçikada 2018-ci ilin ən yaxşı futbolçusu məlum olub.
Bu barədə Belçika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
“Çelsi”nin hücumçusu Eden Hazard ötən ilin ən yaxşısı seçilib.
O, 14974 səslə qalib olub. Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Aksel Vitsel 3801 səslə 2-ci, “Mançester Siti”nin futbolçusu Kevin de Bruyne isə 2005 səslə 3-cü olub.