Məşhur kluba 0:5 hesablı texniki məğlubiyyət verildi
Belçika Futbol Assosiasiyası Anderlecht klubuna texniki məğlubiyyət verib.
Goal.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, Brüssel təmsilçisi çempionatın pley-off mərhələsinin 4-cü turunda Standard-la matçda azarkeşlərinə görə cəzalandırılıb.
Oyunun gedişində Anderlext-in fanatları mütəmadi olaraq pirotexniki vasitələrdən istifadə edib və ilk hissədə meydana fişənglər atıb. 32-ci dəqiqədə, Standard hesabda 2:0 öndə olarkən dayandırılan oyun, daha sonra ləğv olunub. Kollektivə 0:5 hesablı texniki məğlubiyyətlə yanaşı, növbəti ev matçını boş tribunalar önündə keçirmə cəzası da verilib.
Anderlecht hazırda Belçika çempionatında 27 xalla 5-ci pillədədir.