Çempionlar Liqasının qalibi “Liverpul” klubu baş məşqçi Yurgen Kloppla yeni müqavilə imzalamaq niyyətindədir.
“The Guardian” xəbər verir ki, kluba sahiblik edən “Fenway Sports Group” şirkəti alman mütəxəssisə daha uzunmüddətli müqavilə və daha artıq pul təklif edir.
Klub rəhbərliyi hesab edir ki, Kloppla “Liverpul” yeni “qızıl era”ya imza atacaq.
Qeyd edək ki, hazırda məşqçi ilinə 7 milyon funt sterlinq (15 milyon manat) alır, klubla müqaviləsi isə 2022-ci ildə bitir.
oxu.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.