AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Real” Çempionlar Liqasının qalibi oldu — YENİLƏNİB

  • + A
  • - A
  • 27-05-2018, 11:47

    “Real” Çempionlar Liqasının qalibi oldu — YENİLƏNİB















    UEFA Çempionlar Liqasının qalibi "Real" olub.
    ***

    UEFA Çempionlar Liqasının “Real” və “Liverpul” komandaları arasında keçirilən final qaşrılaşmasında növbəti qol vurulub.

    "Ölkə.Az" xəbər verir ki, 61-ci dəqiqədə İskonun yerinə meydana daxil olan Beyl 3 dəqiqə sonra fantastik qolla komandasını yenidən hesabda önə çıxarıb. Beyl akrobatik zərbə ilə topu qapıya göndərib.

    ***

    UEFA Çempionlar Liqasının “Real” və “Liverpul” komandaları arasında keçirilən final qaşrılaşmasında ilk qol vurulub.

    “Ölkə.Az” xəbər verir ki, 51-ci dəqiqədə "Liverpul"un qapçısı Karius böyük səhv edib. Benzema ilə üz-üzə olmasına baxmayaraq topu əllə meydana daxil etmək istəsə də, Benzema ayağını uzadaraq topu qapıya göndərib. Beləliklə, "Real" hesabı açıb.

    Lakin "Real"ın sevinci uzun çəkməyib. 55-ci dəqiqədə küncə zərbəsindən ötürmədən sonra yaranan qarşıqlıqdan istifadə edən Mane topu qapıya göndərib - 1:1.
    ***

    UEFA Çempionlar Liqasının “Real” və “Liverpul” komandaları arasında keçirilən final qaşrılaşmasında ilk hissə qolsuz heç-heçə ilə başa çatıb.

    "Ölkə.Az" xəbər verir ki, qarşılaşmanın 30-cü və 37-ci dəqiqələrində hər iki komandanın aparıcı oyuncuları zədələnərək meydanı göz yaşları ilə tərk edib: "Liverpul" klubunun heyətində Məhəmməd Salah, "Real"ın heyətində isə Karvaxal oyunu davam etdirə bilməyiblər.

    ***
    Kiyevdə UEFA Çempionlar Liqasının final qarşılaşması başlayıb.

    "Ölkə.Az" xəbər verir ki, “Real Madrid”in start heyətində meydana Navas, Karvaxal, Serxio Ramos, Rafael Varan, Kriştiano Ronaldo, Toni Kroos, Kərim Benzema, Luka Modriç, Marselo, Kasemiro, İsko çıxıblar.

    “Liverpul” komandasının ilk “11-liyi”ndə isə Karius, Van Diyk, Viynaldum, Lovren, Milner, Firmino, Məhəmməd Salah, Henderson, Mane, Robertson, Alexander-Arnold yer alıblar.

    Xatırladaq ki, “Real Madrid” UEFA Çempionlar Liqasında indiyədək 12 dəfə, “Liverpul” isə 5 dəfə qalib gəlib. Bu görüş komandaların avrokubokların finalında ikinci qarşılaşmasıdır. “Liverpul” Avropa çempionlar kubokunun 1980-1981-ci il mövsümünün Parisdə keçirilən final görüşündə “Real”ı 1:0 hesabı ilə məğlub etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR