“Barselona”nın və Argentina yığmasının kapitanı Lionel Messiyə İbizada hücum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. İnsident əyləncə gecəsində baş verib. Belə ki, naməlum şəxs Messiyə hücum edib. Bu zaman futbolçunun cangüdəni hərəkətə keçərək həmin şəxsə cavab zərbəsi endirməyə hazırlaşan Messini sakitləşdirib.