Messiyə yeni rəqib tapıldı: Daban-dabana gəlir
“Qızıl buts” uğrunda mübarizə daha gərgin xarakter almağa başlayıb. Futbol üzrə Avropa ölkələrinin milli çempionatlarının ən sərrast oyunçusuna verilən mükafatı Lionel Messi almaya bilər. Kilian Mbappe ona çatır.
Bizimyol.info xəbər verir ki, PSJ-nin hücumçusu Fransa çempionatının dünən baş tutan oyununda “Monako”nun qapısına 3 top vurub. Bununla da Mbappe qollarının sayını 30-a çatdırıb. Messi isə “Real Sosyedad”ın qapısına yol tapa bilmədiyindən 33-də qalıb.
Mbappe
Kriştiano Ronaldonun mübarizədən kənarda qaldığını demək olar. Portuqaliyalı ulduz “Yuventus”da sabit oyun göstərə bilmir. Düzdür, az qol vurmayıb, bu mövsüm rəqib komandaları 19 dəfə məyus edib. Amma bu nəticə ilə sərrast oyunçuların yarışında heç ilk “10-luğ”a da düşə bilmir. Təkcə İtaliya çempionatında onu 3 hücumçu geridə qoyur.
Ümumiyyətlə, bu mövsüm PSJ Messinin formasını geyindiyi “Barselona”ya nisbətən daha məhsuldar oyun göstərir. Fransa təmsilçisi 95, Kataloniya klubu isə 83 qol vurub.