AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ” Avropa Liqasında “Linfild”lə qarşılaşacaq

  • + A
  • - A
  • 29-08-2019, 09:49

    “Qarabağ” Avropa Liqasında “Linfild”lə qarşılaşacaq

    Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirəcək.

    APA-nın məlumatına görə, Ağdam klubu Avropa Liqasının pley-off mərhələsində cavab görüşünə çıxacaq.

    Qurban Qurbanovun yetirmələri Şimali İrlandiyanın “Linfild” klubunu sınağa çəkəcək. Ötən həftə Belfastdan 2:3 hesablı məğlubiyyətlə qayıdan çempion mərhələ adlamaq üçün mütləq qalib gəlməlidir. Üstəlik, qalibiyyət zamanı 2 və ya daha çox qol buraxılarsa, fərq minimal olmamalıdır.

    Ardıcıl çempionluqlar qazandığı son 5 mövsüm daim avrokubokların qrupunda yer alan “Qarabağ” dörd dəfə Avropa Liqası, bir dəfə Çempionlar Liqasının əsas mərhələsinə çıxıb. 6-cı uğurunu gerçəkləşdirmək üçün meydana çıxacaq təmsilçimizin cəzalı futbolçuları Riçard Almeyda və Rahil Məmmədovun sıraya dönüşü də komandanın gücünə güc qatacaq.

    Bu qarşılaşma Q.Qurbanovun avrokuboklarda yubiley – 100-cü matçı olacaq. “Qarabağ”ın qələbəsi həm klubun tarixinə, həm də mütəxəssisin avrobok karyerasına 40-cı kimi düşəcək.

    Qeyd edək ki, “Qarabağ”la Şimali İrlandiya çempionunun dueli Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 20:00-da başlayacaq.

    Avropa Liqası
    Pley-off mərhələsi
    Cavab oyunu
    29 avqust
    20:00. “Qarabağ” (Azərbaycan) – “Linfild” (Şimali İrlandiya)
    Baş hakim: Sergey İvanov
    Baş hakimin köməkçiləri: Roman Usaçov, Valeri Dançenko
    Dördüncü hakim: Sergey Lapoçkin (hamısı Rusiya)
    Hakim-inspektor: Alan Hamer (Lüksemburq)
    UEFA nümayəndəsi: Marko Simeunoviç (Sloveniya)
    Tofiq Bəhramov adına Respublika Stadionu
    İlk oyun: 2:3


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR