AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ” “Dandolk”la cavab oyununu keçirəcək

  • + A
  • - A
  • 31-07-2019, 10:02

    “Qarabağ” “Dandolk”la cavab oyununu keçirəcək

    Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.

    APA-nın məlumatına görə, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsini adlamağa çalışacaq.

    Qurban Qurbanovun yetirmələri cavab qarşılaşmasında İrlandiyanın “Dandolk” klubu ilə üz-üzə gələcək. Səfərdə qollu heç-heçəyə (1:1) nail olan “Qarabağ”ı evdəki görüşdə 0:0 hesabı da qane edəcək.

    Ağdamlılar mövsümdə ikinci ev oyununu “Dalğa Arena”da keçirəcək. Ardıcıl 6-cı dəfə avrokubokların qrupuna düşmək arzusunda olan əyalət təmsilçisi “Dandolk” səddini adlamaq əzmindədir.

    “Qarabağ” bu vəzifənin öhdəsindən gəlsə, Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə oynayacaq. İrlandiyalılarla görüşdəki uğursuzluq isə çempionumuzu Avropa Liqasında “Slovan”a (Slovakiya) rəqib edəcək.

    Qeyd edək ki, “Qarabağ” – “Dandolk” matçı saat 21:00-da başlayacaq.

    Çempionlar Liqası
    II təsnifat mərhələsi
    Cavab oyunu
    31 iyul
    21:00. “Qarabağ” (Azərbaycan) – “Dandolk” (İrlandiya)
    Baş hakim: Svein Oddvar Moen
    Baş hakimin köməkçiləri: Maqnus Lundberq, İsaak Elias Skyeseh Başevkin
    Dördüncü hakim: Siqurd Krinqstad (hamısı Norveç)
    Hakim-inspektor: Sabri Çelik (Türkiyə)
    UEFA nümayəndəsi: Ádonis Prokopiou (Kipr)
    Bakı. “Dalğa Arena” stadionu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR