“Barselona”nın hücumçusu Lionel Messi Parisdəki “Şatle” teatrında “Qızıl top”a sahib olub.
“France Football” jurnalı 32 yaşlı argentinalını 2019-cu ilin ən yaxşısı elan edib.
Messi “Qızıl top”a 6-cı dəfə sahiblənib ki, bu da rekord göstərici hesab olunur. Bundan əvvəl o, 2009, 2010, 2011, 2012 və 2015-ci illərdə mükafatı qazanıb.
Beş dəfə isə bu mükafat “Yuventus”un hücumçusu Kriştianu Ronalduya qismət olub.
Messi ötən mövsüm ərzində “Barselona” ilə İspaniya çempionatını qazanıb və Çempionlar Liqasının yarımfinalına qədər irəliləyib. Yayda isə o, Argentina millisi ilə Amerika Kubokunda üçüncü yerə çıxıb.
Messiyə “Qızıl top”u ötən mövsümün qalibi Luka Modriç təqdim edib. Əzəli rəqibi Ronaldu isə mərasimdə iştirak etməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.