AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı klubunun prezidenti danışılmış oyunlara görə həbs olunub? - Açıqlama

  • + A
  • - A
  • 17-12-2019, 09:36

    Bakı klubunun prezidenti danışılmış oyunlara görə həbs olunub? - Açıqlama


    Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda danışılmış oyunlara bağlı araşdırma davam etdirilir. KİV-də yayılan məlumata görə, araşdırma zamanı 2017-2018 mövsümündə birinci divizonda mübarizə aparmış "Binə" klubunun prezidenti Teymur Həsənli ilə klubun məşqçisi kimi çalışmış, hazırda "Keşlə"nin fiziki hazırlıq üzrə məşqçisi olan Mehman Babayev də həbs olunub.

    Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən "Binə"nin prezidenti Teymur Həsənli həbs olunmasıyla bağlı xəbəri təkzib edib.

    "Düzdü, danışılmış oyunlarla bağlı araşdırma çərçivəsində izahatımın alınması üçün "Bandotdel"ə dəvət olunmuşam. İzahat yazdıqdan sonra həmin gün oranı tərk etmişəm. Mənimlə yanaşı, Mehman Babayev də izahat verib və həmin gün oradan ayrılıb. Danışılmış oyunlarda iştirakım müzakirə mövzusu belə ola bilməz", - deyə T.Həsənli bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR