AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səmayə Məmmədova vəzifəsindən getdi - Yenilənib

  • + A
  • - A
  • 2-06-2021, 17:12


    Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova vəzifəsindən ayrılıb.

    Hazırda məzuniyyətdə olan nazirlik rəsmisi istefa barədə ərizə yazıb.

    Rəhbərlik onun ərizəsini qəbul edib. Məmmədovanın vəzifəsindən getməsi yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq.

    Onu bu postda Azərbaycan İdman Jurnalistləri Assosiasiyanın rəhbəri Qabil Mehdiyev əvəzləyəcək.

    Mehdiyevin təyinatı da S.Məmmədovanın rəsmi gedişindən sonra ictimaiyyətə bildiriləcək.

    Bu barədə ilk xəbəri matc.az saytı yayıb.

    Qeyd edək ki, o, 2007-ci ildən Gənclər və İdman Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.

    Xatırladaq ki, aprelin 30-da gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Səmayə Məmmədova da Azad Rəhimovun gənclər və idman naziri vəzifəsinə təyin olunmasından sonra orada çalışmağa başlamışdı.

    ***

    Səmayə Məmmədova “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, öz istəyi ilə nazirlikdən ayrılıb: “Mayın 21-dən öz istəyimlə14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam. Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq nazirim Azad Rəhimov mənim mənəvi atam, dostum, qardaşım, böyük məktəbim, həyatım boyu haqqında qürurla danışacağım doğmam oldu”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR